21 cinayət `isti izlər`lə açılıb


23:49     21 İyul 2017 2015-06-02-11-05-11azeri-polisi-liderxeber-640.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 772